Apr 19

Balaca Ümidin anası imdad diləyir: “Övladım gün ərzində 5 dəfə qıc olur” - FOTO/VİDEO

Beş yaşlı Ümid doğulduğu gündən ağır epilepsiya xəstəliyindən əziyyət çəkir.

Bu barədə Mozalan.az-a onun anası Rüfanə Məmmədova məlumat verib.

O bildirib ki, övladı doğulandan beynindəki ocaqlara görə qıcolması var.

“Ümid dünyaya gələndən bir müddət sonra onun beynində ocaq olduğunu öyrəndik. Beynindəki ocağa görə bir neçə ildir qıcolması var. Əvvəllər qıcolmaları həftədə bir neçə dəfə tutsa da, son vaxtlar gün ərzində 4-5 dəfə tutmağa bağlayıb. Buna görə Ümid, demək olar ki, özündə olmur, heç nə yemir”.

Rüfanə Məmmədova bildirilib ki, övladının müalicəsi üçün 2 500 manata ehtiyacları var:

“Ümidin müalicəsi üçün Türkiyəyə yola düşməliyik. 7 000 manata ehtiyacımız olsa da, Ümidin babası öz pensiyasından 2 000 manat yığaraq bizə verib, 2 500 manatı isə yardımsevər şəxslərin sayəsində toplaya bilmişik. Amma geridə qalan 2 500 manatı toplamağa imkanımız yoxdur. Ailədə 7 nəfərik, yoldaşım günü 15 manata çobanlıq edir. İnanın onu da Ümidin dərmanına ancaq çatdıra bilirik. İmkanlı şəxslərdən övladıma kömək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 055 557 43 29

Bənzər xəbərlər

Gündəm

0.028270959854126