Türkiyədə mühafizəçini ağcaqanad dişlədi: Həyatını xilas etmək mümkün olmadı - FOTO/VİDEO
Türkiyədə 51 yaşlı İbrahim Kadir Karaoğlanoğlu adlı mühafizəçi yaşadığı Dənizli şəhərindən işləmək üçün Antalyaya gedib.
Orada çalışdığı hoteldə mühafizəçini ağcaqanad dişləyib.
Nəticədə Kadir Karaoğlanoğlu fil ayağı xəstəliyinə tutulub. Hər gün bədəni dəyişən və şişən Karaoğlanoğlunun xəstəliyinə çarə tapılmayıb. Ayaqları fil ayağı qədər şişən və tamamilə çarpayıya bağlı qalan mühafizəçinin vəziyyəti günü-gündən pisləşib və o, yerindən belə tərpənə bilməyib.
Daha sonra o, xəstəliyin mikrocərrahiyyə ilə müalicə oluna biləcəyini eşidib və sağalması üçün etdiyi çağırışla gündəmə gəlib.
9 ildir sağalacağı, insanların arasında olacağı günlərin həsrətindən bəhs edən Karaoğlanoğlunun bu çıxışından saatlar sonra vəziyyəti qəfildən pisləşib. Şikayətləri artan mühafizəçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Lakin nəfəs almaqda çətinlik çəkən və burada intubasiya edilən Karaoğlanoğlunun həyatını xilas etmək mümkün olmayıb. O, aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Mənbə: Hürriyet