Sızdırılan məxfi sənədlər aşkara çıxardı: BMT baş katibi Ukraynaya niyə qəzəbli idi? - FOTO
“BMT Baş katibi Antoniu Quterreş Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təltif edilməsinə cəlb edildiyi üçün olduqca qəzəblənmişdi. Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenski əsgərlərin təltifetmə mərasimini baş katibin Kiyevə səfəri proqramına daxil etmiş və bu da onun tədbirdə iştirakı ilə nəticələnmişdi”.
Bu barədə “The Washington Post” nəşri Pentaqonun dərc olunmuş sızdırılan məxfi sənədlərinə istinadən məlumat verib.
Qeyd olunub ki, Kiyev bu qərarı Quterreşlə razılaşdırılmadan və məsləhətləşmədən qəbul edib. Quttereşin özü isə açıqlamasında deyib ki, mükafatlandırma mərasimi zamanı gülümsəməməyə çalışıb.
Xatırladaq ki, Quterreşin Kiyevə səfəri martın 8-də baş tutub. BMT baş katibinin Zelenski ilə görüşünün əsas mövzusu isə taxıl sazişinin uzadılması və BMT-nin Ukraynadakı fəaliyyətinin digər aspektləri olub.