Apr 19

Ukraynada 7 mindən çox hərbçi itkin düşüb

Yeddi mindən çox Ukrayna hərbçisi itkin düşənlər siyahısındadır.

Bu barədə çərşənbə axşamı xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko məlumat verib.

“Onların sayı 7 mindən bir az çoxdur. Biz itkin kimi axtardığımız insanların hələ də əsirlikdə olduğunu düşünürük. Bizim statistikaya görə, onların hardasa 60-65%-i sağdır və əsirlikdədir”, - o, Rada telekanalının efirində müvafiq sualı cavablandırarkən deyib.

Kotenko əlavə edib ki, Ukrayna hakimiyyəti itkin düşmüş şəxslərin elektron reyestrini yaradır.

Bundan əlavə, onun sözlərinə görə, təxminən bir aydan sonra hərbçilərdən biomaterialların məcburi götürülməsinə başlanacaq ki, bu da ölüm halında onların identifikasiyasını sürətləndirəcək.

Bənzər xəbərlər

Gündəm

0.11192107200623