XİN: “Müharibədən sonra mina qurbanlarının sayı 291-ə çatıb” - FOTO
Aprelin 18-də Tərtər rayonunda baş verən mina partlayışı nəticəsində mülki vətəndaş xəsarət alıb və nəticədə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 291 nəfərə çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də paylaşım edib.
Bildirilib ki, Ermənistanın basdırdığı minaları Azərbaycan vətəndaşlarını öldürməyə və şikəst etməyə davam edir. Ermənistan hələ də dəqiq mina xəritələrini verməkdən imtina edir.
Armenia-planted-landmines continue to kill and maim #Azerbaijan|is. Today’s explosion hit a civilian in Tartar region. Since the end of war number of landmines victims reached 2⃣9⃣1⃣. Armenia still refuses to provide accurate landmine maps.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) April 18, 2023