Apr 18

Azad Jurnalistlər Təşkilatı (AJT) İdarə Heyətinin iclası keçirilib

İclasın gündəliyində Təşkilatın nizamnamə və loqosu yer alıb. Virtual olaraq müzakirə olunan hər iki məsələ ilə bağlı təkliflər əsasında yekun qərar qəbul edilib.

Demokratik prinsiplərin ehtiva olunduğu nizamnamə ilə AJT daimi sədr tərəfindən yox, dönəm sədrləri tərəfindən idarə olunacaq…

Sonda qərara alınıb ki, ən qısa vaxtda lazımı sənədlər hazırlansın və dövlət qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə təqdim edilsin.

Xatırladaq ki, AJT ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemləri, eləcə də mediamızın inkişaf yollarını araşdırmaq və ictiamiləşdirməklə yanaşı, bu problemlərin həlli istiqamətində aidiyyatı dövlət strukturlarına təkliflər paketi təqdim etmək, müvafiq layihələr gerçəkləşdirmək kimi fəaliyyət istiqamətlərini hədəfləyib.

 

Gundemxeber.az

Bənzər xəbərlər

Gündəm

0.027322053909302