Türkiyəli atlet azərbaycanlı həmkarına verdiyi vədi xatırlayaraq ağladı – VİDEO
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandığı qızıl medalları Azərbaycana həsr edən türkiyəli atlet Cansu Bektaş İTV-nin efirində təəssüratlarını bölüşərkən kövrəlib.
O, həmkarı və dostu Azərbaycan idmançısı Nazilə İsmayılovaya verdiyi vədi xatırlayaraq ağlayıb.
“Açılış mərasimində Azərbaycana qarşı edilən təxriibatı eşitdik və təbii ki, çox məyus olduq. Daha sonra Azərbaycan millisinin yarışları tərk edəcəyini öyrəndik. Komandanı yola salarkən həm dostum, həm də rəqibim Naziləyə söz verdim və sözümü yerinə yetirdim”, - deyə Bektaş göz yaşlarına hakim ola bilməyib.
O, vədinə sadiq qaldığı üçün xoşbəxt olduğunu və bunun içindən gəldiyini qeyd edib.