Macarıstanlı sirk ustası kəndir üzərində Dunay çayını keçdi – VİDEO
“Cirque du Soleil” (Fransanın məşhur “Günəş Sirki” - red.) ilə birgə əməkdaşlığı sayəsində tanınan macarıstanlı akrobat Laslo Simet Dunay çayını kəndirlə keçən ilk şəxs olub.
Onun “Gəzinti” adlı tamaşası Macarıstan Milli Sirk Sənəti Mərkəzinin ÁTMENTEM layihəsini açılışını edib.
Simet 300 metr uzunluğunda və 22 millimetr qalınlığında olan kəndirlə çayın bir sahilində digərinə keçib. Bu zaman akrobat təhlükəsizlik kəməri olmadan hərəkət edib.
Sənətçi bir neçə həftədir ki, tədbirə hazırlaşdığını və ən çox havadan narahat olduğunu etiraf edib: “Küləyin dirəyi təprədəcəyindən qorxurdum. Dirək özü yüngüldür, lakin ona qoşulan kameralarla birlikdə kifayət qədər çəkiyə malikdir”, - aktobat bildirib.
Onun performansı Danubia Orkestri tərəfindən məşhur macar bəstəkarlarının əsərlərilə müşayət olunub.
Mənbə: gazeta.ru