Apr 14

İki yaşlı Milayın yaşaması üçün 2 500 manata ehtiyacı var: “Onu itirməyi düşünməkdən belə qorxuram” - FOTO

İki yaşlı Milay kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Mozalan.az-a onun anası Səbinə Məmmədova məlumat verib.

O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.

“Yoldaşımla mən ötən ilin may ayında avtomobil qəzasına düşdük. Qəza zamanı yoldaşım həyatını itirdi, mənim isə ayaq barmaqlarım amputasiya edildi. Yoldaşım həyatda olduğu müddətdə Milayın müalicəsini rahatlıqla edə bilirdik. Amma onu itirəndən maddi vəziyyətimiz də çətinləşib”.

Səbinə Məmmədova qızının sağalması üçün ilik nəqli əməliyyatı keçirməli olduğunu deyib.

“İlik nəqli əməliyyatı Türkiyədəki xəstəxanalardan birində həyata keçiriləcək. Əməliyyat üçün ümumilikdə 83 min manata ehtiyacımız var idi. Həmin məbləğin 75 min manatını toplaya bilmişdik, yardımsevər şəxslərin dəstəyi ilə yenidən 5 500 manat toplasaq da, 2 500 manatımız hələ də çatmır. Milayın vəziyyəti günü-gündən pisləşir, artıq təcili ilik köçürülməlidir. Övladımın yaşaması üçün cəmi 2 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən qızıma dəstək olmalarını xahiş edirəm. Milay mənim tək övladımdır, onu itirməyi düşünməkdən belə qorxuram”.

Ailə ilə əlaqə: 050 345 50 48

Bənzər xəbərlər

Gündəm

0.028647184371948