Apr 14

Naxçıvanda avtomobil yaşayış binasına çırpıldı - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən 71-BD-440 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil yoldan çıxaraq, səkiyə dəyib.

Nəticədə 2004-cü il təvəllüdlü şəhər sakini Hacıyev Altay Pərviz oğlunun idarə etdiyi avtomobil yaşayış binasına dəyərək dayanıb.

Hadisə nəticəsində, avtomobil tam yararsız vəziyyətə düşüb, sürücüsü isə xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.11462903022766