Apr 13

4 yaşlı Rəvanın anası: “Ağrıları qalıb kənarda, şokolad üçün ağlayır, pul tapıb ala bilmirəm” - FOTO

2019-cu il təvəllüdlü Rəvan Ramik oğlu Səfiyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. 

Bu barədə Mozalan.az-a onun anası Səfiyeva İlhamə məlumat verib.

O bildirib ki, hadisə ehtiyatsızlıq üzündən baş verib:

“Artıq hadisədən 11 gün ötüb. Belə ki, evdə elektrikli çaydanı qoşub su qızdırırdım. Bu zaman 4 yaşlı oğlum onun naqilindən dartdı. Çaydanda olan su onun başından aşağı töküldü. Biz Tovuzda yaşayırıq. Oradan təcili yardım maşını ilə Bakıya gəldik. Xəstəxanaların birində 10 günə yaxın qaldıq. Övladımın müalicəsi üçün imkanım çatmadığı üçün yarımçıq dayandırıb rayona qayıtmağa qərar vermişəm. Cibimdə sadəcə yolpulum qalıb. Rəvan isə hər gecə şokolad üçün ağlayır. Ona bir şokolad almaq üçün belə pulum yoxdur. Yoldaşım rayonda göyərti əkib, qapımızda satır. Mən də ona kömək edirəm. Başqa gəlir yerimiz yoxdur. Rəvanın müalicəsi üçün həkimlər 800 manatın lazım olduğunu bildirirlər. İmkanlı şəxslərdən bu pulu toplayıb Rəvanı sağalda bilməyim üçün mənə dəstək olmalarını xahiş edirəm”.

Əlaqə nömrəsi: 050 346 19 49

Bənzər xəbərlər

Gündəm

0.02031421661377