Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi
İstanbul Regional Cəza Məhkəməsi çərşənbə günü Adnan Oktar və bir çox cinayətlərdə təqsirləndirilən daha 13 nəfərin 8658 illik həbs cəzasını qüvvədə saxlayıb.
Oktar 2021-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi qısnama və zorakılıq, adam oğurluğu və vergi qanunlarını pozma ittihamı ilə 1075 il həbs cəzasına məhkum edilib.
Ümumilikdə bu işə 215 müttəhim cəlb edilib, onlardan bəziləri “Oktarın cinayət təşkilatı”nda iştiraka görə mühakimə olunub. Lakin apellyasiya instansiyası tərəfindən hökm ləğv edilib və proses yenidən başlayıb.
Ötən ilin noyabrında iş üzrə təqsirləndirilən şəxslər toplam 8658 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmənin qərarından apellyasiya şikayəti verilib.
Mənbə: Habertürk