Apr 12

Bakıda iki yaşlı uşağını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda iki yaşlı uşağını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Saqi Kərimova hökm oxunub və o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də Səbail rayonu ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən xəsarətlər yetirib, sonra özünün boğaz nahiyəsinə bıçaqla zərbə vurub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Bənzər xəbərlər

Gündəm

0.027956008911133