Apr 12

2 yaşlı Vahidin atası: “Övladım burun yolundan salınan şlanqla qidalanır, köməyinizə ehtiyacımız var” - FOTO

2 yaşlı Vahid Nicat oğlu Hacıyev fenilketonuriya (ağır irsi xəstəlik olub, əsasən sinir sisteminin zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir.

Bu barədə Mozalan.az-a onun atası Nicat Hacıyev məlumat verib.

O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.

“Vahidin xəstəliyini üç aylıq olanda bildik. O dövrdən müalicələrə başladıq. İmkanımız olmadığı üçün müalicələri tam şəkildə edə bilmirdik. Yardımsevər şəxslərin sayəsində fevral ayında Vahidin müalicəsi üçün Türkiyəyə yollandıq. Orada aldığı 40 günlük müalicənin müsbət təsirləri oldu. Vahid fenilketonuriya xəstəliyinin hansı növündən əziyyət çəkdiyini bilmək üçün gen analizləri götürülüb, onun cavabı isə iyun ayında çıxacaq”

Nicat Hacıyev bildirib ki, övladının müalicəsi üçün yenidən yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.

“Vahid uzun müddət müalicə və müayinə olunmalıdır. Hazırda onun ilk kurs müalicəsi üçün bizim 10 000 manata ehtiyacımız var. Övladım burun yolundan salınan şlanqla qidalanır. İnanın dərmanlar o qədər bahadır ki, bizim onları almağa imkanımız çatmır. Evdə tək mən işləyirəm, heç bir halda bu qədər məbləği toplayıb övladımı müalicə edə bilmirəm. Yardımsevər şəxslərdən Vahidə bir daha yardım etmələrini, onu bu yolda tək buraxmamalarını xahiş edirəm”

Ailə ilə əlaqə: 051 919 09 11

Bənzər xəbərlər

Gündəm

0.054473161697388