Apr 12

Bakıda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Bakının Nizami rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1990-cı il təvəllüdlü Teyran Qabil oğlu Cəfərov və 1999-cu il təvəllüdlü Məsud Əzizağa oğlu Hüseynov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər xəbərlər

Gündəm

0.1053249835968