Apr 12

Yaponiya XİN-dən Kuril adaları ilə bağlı Rusiyaya ittiham - FOTO

“Kuril adalarının cənub hissəsi Yaponiyanın suverenliyi altındadır və Yaponiyaya məxsus ərazilərdir. Lakin hazırda bu ərazilər Rusiyanın qeyri-qanuni işğalı altındadır”.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı diplomatiyaya dair illik hesabatında ölkə hökumətinin nümayəndələri bildiriblər.

Yapon siyasətçilərin fikrincə, bu ərazilərin mülkiyyət məsələsi Yaponiya ilə Rusiya arasında mövcud münasibətlərdə ən ciddi problemlərdən biridir.

Bundan əlavə, Xarici İşlər Nazirliyinin nümayəndələri vurğulayıblar ki, onlar mütəmadi olaraq Rusiya tərəfinə Kuril adalarının cənubunda hərbi təlimlər keçirdiyinə görə etirazlarını bildirirlər.

Mənbə: MK.ru

Bənzər xəbərlər

Gündəm

0.032371997833252