Moskva aeroportunda ABŞ-yə göndərilən bağlamadan insan kəlləsi tapıldı - FOTO
Rusiya paytaxtı Moskvanın Vnukovo hava limanında skanerlə yoxlamalar zamanı bağlamalardan birinin içində insan kəlləsinin skeleti aşkarlanıb.
Məlum olub ki, bağlama ABŞ-yə göndərilirmiş. Lakin gömrük işçiləri bunun qarşısını alıblar.
Hadisə yerinə gələn ekspertlər müəyyən ediblər ki, qalıqlar təxminən 10 il əvvəl dünyasını dəyişmiş insana aiddir.
Bağlamanı Moskva sakini olan İrina Lapina adlı qadın Çikaqo sakini Tom Bubana göndərirmiş. Belə bir insanın həqiqətən orada yaşadığı öyrənilib. İş adamı olan Bubanın əvvəllər öz tikinti şirkəti olub və o, eyni zamanda böyük bank şirkəti olan “Capital One”da analitik kimi işləyib. Hazırda kəllənin həqiqətən ona göndərilib-göndərilmədiyi araşdırılır.
Dəhşətli paket Rusiya polisi tərəfindən araşdırılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Mənbə: “SHOT” “Telegram”