Apr 10

Şimali Koreya Cənubi Koreyadan gələn zənglərə cavab vermir

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın üç gündür hərbi rabitə xətti  üzrə zənglərə cavab vermədiyini bildirib.

Məlumata görə, Seul aprelin 7-dən Pxenyanla əlaqə saxlamağa çalışsa da, cavab almayıb.

Bildirilir ki, Cənubi və Şimali Koreya hərbçiləri müntəzəm olaraq gündə iki dəfə zəngləşirlər.

Cənubi Koreyanın Müdafiə Nazirliyi aprelin 7, 8, 9-da baş vermiş uğursuz zənglərin dəqiq səbəbini müəyyən etməyib. Hərbçilər etiraf edirlər ki, burada həm KXDR-in düşünülmüş qərarı, həm də mümkün texniki problemlərdən danışmaq olar. Belə ki, oxşar hallar əvvəllər də baş verib.

2022-ci ilin iyununda tərəflər texniki nasazlıqlara görə bir ay ərzində bir-birinə zəng etməyiblər. 2020-ci ilin yayında isə Şimali Koreya iki ölkə arasında növbəti gərginlik ilə əlaqədar hərbi kanallar vasitəsilə edilən zənglərə cavab verməyi dayandırıb.

Mənbə: kommersant.ru

Bənzər xəbərlər

Gündəm

0.020535945892334