Apr 09

Ac rotveyleri yedirtmək istəyən qadın faciəvi şəkildə ölüb - FOTO

İtaliyanın Ventimilya şəhərində 53 yaşlı qadın rotveyler cinsli itin hücumu nəticəsində faciəvi şəkildə həyatını itirib.

Xəbəri dərc edən mənbə iddia edir ki, Patrisia La Marka adlı qadının məqsədi günlərlə ac qalan iti yedirtmək olub.

Lakin ac heyvan qadına hücum edərək onu parçalayıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, rotveyler cinsli it onun qardaşına məxsus olub.

Kişi həyat yoldaşı ilə bir neçə günlük tətilə gedib. Qadın məqsədi isə baxımsızlıq nəticəsində ac qalan iti yedirtmək olub.

Hadisə yerinə gələn polislər atəş açaraq iti yaralayıblar və yalnız bundan sonra qadının cansız cəsədinə yaxınlaşmaq mümkün olub.

Mənbə: Mirror

Bənzər xəbərlər

Gündəm

0.024026155471802