Qazaxıstanda ictimai nəqliyyatın iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib - VİDEO
Qazaxıstanın Çimkənd şəhərində ictimai nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, hadisə vaxtı sürücü sükan arxasında olmayıb.
Avtobusda yaranan texniki nasazlıq nəticəsində nəqliyyat vasitəsi işə düşüb və digər hərəkət zolağına çıxaraq səkidə olan altı piyadaya çırpılıb.
Nəticədə iki qadın və bir yeniyetmə hadisə yerində, azyaşlı qız isə reanimasiyada dünyasını dəyişib.
Digər iki nəfərin vəziyyəti isə ağırdır.
Hadisə ilə bağlı ibtidai istintaq başlanıb.
Avtobusun istismara yararlılığını yoxlamaq üçün avtotexniki ekspertiza təyin edilib.
Mənbə: Tengrinews