Apr 08

İtaliyada doğum səviyyəsi minimuma düşüb

2022-ci ildə İtaliyada doğum səviyyəsi bu göstəricinin qeydə alınmağa başlandığı 1861-ci ildən bəri ən aşağı həddə düşüb.

Bunu aprelin 7-də dərc edilmiş rəsmi statistik məlumatlar sübut edir.

Statistikaya görə, 2022-ci ildə ölkədə 393 minə yaxın körpə doğulub. Bu, 400 249 körpənin doğulduğu əvvəlki illə müqayisədə 1,8% azalma deməkdir.

Mütəxəssislər 2008-ci il maliyyə böhranından sonra İtaliyada əhalinin təbii artımının tədricən azaldığını qeyd edirlər. Bu tendensiya əhalinin sürətlə qocalması ilə əlaqədar narahatlıq doğurur və dövlət büdcəsinə artan təzyiq göstərir.

İtaliyanın Milli Statistika İnstitutu 2070-ci ilə qədər ölkənin hazırki 59 milyonluq əhalisinin 48 milyona düşəcəyini proqnozlaşdırır.

Mənbə: rossaprimavera.ru

Bənzər xəbərlər

Gündəm

0.01851487159729