Netanyahu hərbi polis və əlavə ordu qüvvələrini səfərbər etməyi tapşırdı
İsrailin baş naziri Benyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyat qüvvələrini və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.
Bu barədə baş nazirin ofisi məlumat yayıb.
Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.
Mənbə: TASS