Xəzər gölü rəngini dəyişdi - VİDEO
Gömgöy suyu ilə Türkiyə vətəndaşlarının sevimli istirahət mərkəzlərindən biri olan Xəzər gölü bulanıq vəziyyəti ilə insanları təəccübləndirib.
Qeyd olunur ki, “Şərqin gizli dənizi” adlandırılan Xəzər gölü Türkiyənin Elazığ bölgəsinin Sivrice mahalında yerləşir.
Göl özünəməxsus mənzərəsi, çimərlik sahəsi ilə əsasən Elazığ bölgəsində yaşayan vətəndaşların sevimli istirahət məkanlarından biridir.
Hələlik mütəxəssislər göldə suyun rəngində yaranan kəskin fərqlə bağlı hər hansı açıqlama verməyiblər.
Mənbə: İHA