Finlandiya Şimali Atlantika Müqaviləsi ilə bağlı qətnaməni qəbul etdi
Finlandiya hökuməti plenar iclasda Şimali Atlantika Müqaviləsi ilə bağlı qətnaməni qəbul edib. Bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qətnamənin qəbulu ölkə səviyyəsində NATO üzvlüyünün təsdiqi prosesini tamamlayır və Şimali Atlantika Müqaviləsi Finlandiya qanunvericiliyinə inteqrasiya olunur.
Xatırladaq ki, Finlandiya rəsmən NATO-nun 31-ci üzvü olub.
Mənbə: Aif.ru