Masazırda çirkab suları niyə gölə axıdılır? - YENİLƏNİB + FOTOREPORTAJ
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” ASC Abşeron rayonunda çirkab sularının gölə axıdılması ilə bağlı görüntülərə münasibət bildirib.
“Azərsu”dan Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbəsinin Asif Həsənov küçəsində quruma məxsus mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil:
“Həmin çirkab suları fərdi yaşayış evlərinin sakinləri tərəfindən fərdi və primitiv qaydada xətlər çəkilərək, açıq kanallarla kənarlaşdırılır”.
14:36
Abşeron rayonunda çirkab suları gölə axıdılır.
Belə ki, rayonun Masazır qəsəbəsi, Asif Həsənov küçəsində kanalizasiya xətti yoxdur.
Sakinlər də çirkab sularını kiçik arx vasitəsilə gölə axıdırlar.
PhotoStock.az ərazidən görüntülər lentə alıb:
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət