Apr 04

Bakı Şin Zavodunda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakı Şin Zavodunda baş verən yanğın söndürülüb

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nərimanov rayonunda Bakı Şin Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində üçmərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan binanın 3-cü mərtəbəsində kəsilməkdə olan, 6 ton tutumlu çənin içərisində qır qalıqları və ətrafında 15 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:57

Bakının Nərimanov rayonu ərazisində sexdə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.022157907485962