Apr 01

Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb. Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova beş ay ərzində xəzinədən 24 150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.

Bənzər xəbərlər

Gündəm

0.02192497253418