Mar 29

İşlənmiş batareyaları hara təhvil verməliyik? - AÇIQLAMA + FOTO

İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artıq toplama qutuları müxtəlif dövlət qurumlarında, marketlərdə, bir çox şirkətlərdə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən 18 kq işlənmiş batareya toplanaraq bu gün “Təhlükəli Tullantılar" MMC-yə göndərilib:

“Hər birimiz şəxsi təşəbbüslərimizlə də tullantıların çeşidlənməsi, təkrar emala göndərilməsi, daha təhlükəlilərin isə zərərsizləşdirilməsi işinə dəstək ola bilərik. Bununla sağlamlığımıza və bizi əhatə edən təbiətimizə töhfə vermiş olarıq. Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.

Bənzər xəbərlər

Gündəm

0.025130033493042