Mar 22

Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Y.Tofiqoğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.021730899810791