Mar 18

Aİ ölkələri Ukraynaya bir milyon mərmi verə bilər

Bir sıra Aİ ölkələri Ukrayna üçün döyüş sursatının birgə alınması təşəbbüsünü konkretləşdirmək istəyir. Onlar ilin sonuna qədər bir milyon artilleriya mərmisinin təhvil verilməsini təklif edirlər.

Məlumata görə, bu barədə Aİ-nin martın 23-24-də keçiriləcək sammitinin yekun layihəsində deyilir. Bildirilir ki, Baltikyanı ölkələr, Polşa, Finlandiya və Rumıniya artıq sursat tədarükü ilə bağlı konkret vədlər verən bu təşəbbüsü dəstəkləyiblər.

Sənəd həmçinin ölkələri birgə satınalmalar da daxil olmaqla, təcili olaraq Ukraynanı sursatla təmin etməyə çağırır.

Qeyd olunur ki, sənədin mətni hələ yekunlaşdırılmayıb və sammitə qədər dəyişə bilər.

Mənbə: rbc.ua

Bənzər xəbərlər

Gündəm

0.044334888458252