Dec 24

Durov Putinlə görüşünün detallarını açıqladı

2013-cü ildə "Telegram"ın yaradıcısı Pavel Durov Rusiya Prezidenti Vladimir Putinlə və yüksəkvəzifəli məmurlarla görüşüb, bundan sonra ölkəni tərk etmək barədə qəti qərar qəbul edib.

Mozalan.az xəbər verir ki, bu barədə məlumat jurnalist Nikolay Kononovun "Durovun kodu 2" adlı kitabında yer alıb.

Durov görüşün Moskvada iri biznesmenlərin iştirakı ilə keçirilən tədbirdə baş tutduğunu deyib. O, oraya həmin vaxt "Vkontakte"nin (VK) iri səhmdarı olan Alişer Usmanovla birlikdə gəlib.

Bildirilir ki, iştirakçılar Putinin özünü bir neçə saat gözləyiblər, rəsmi hissədən sonra isə Usmanov şəxsən Durovu prezidentə təqdim edib. Sahibkarın sözlərinə görə, Putin demək olar ki, dərhal "Telegram"dakı "qanunsuz filmlər" haqqında danışmağa başlayıb və belə bir biznesin Rusiyada xoş qarşılanmadığını hiss etdirib.

Bununla yanaşı, o, Durova layihələrini xaricdə, xüsusən də İsraildə inkişaf etdirməyi bir neçə dəfə təklif edib. "Bizə Rusiyada belə şeylər, bütün bu gizli əyləncələr lazım deyil", - deyə Putin bildirib.

Durov dünyaya Rusiya proqramlaşdırma məktəbinin yüksək səviyyəsini göstərmək istədiyini izah etməyə çalışıb, lakin anlayıb ki, onun arqumentləri qəbul olunmur. Məhz bu görüşdən sonra o, təzyiqlərdən və cinayət risklərindən çəkinərək layihələrini Rusiyadan çıxarmağa qərar verib.(oxu.az)

Bənzər xəbərlər

Gündəm

0.020349979400635