Korsikalı balıqçılar: “Milli kimliyimizi özümüzə qaytarmalıyıq”
“Mən öz vətənim Korsikada yaşamaq istəyirəm, Fransada yaşamaq istəmirəm”.
Bu fikirləri “Report”un yerli bürosuna Korsikanın Ayaçço şəhər limanının balıqçısı Jozef Silvest bildirib.
“Mən Korsikamı qorumağa çalışıram. İstədiyim odur ki, dilimiz yaşamaqda davam etsin. Mənim övladlarım, nəvələrim mənim uşaqlıq dövrümdə yaşadığım xoşbəxtliyi yaşaya bilsinlər. İstədiyimiz özümüzə məxsus milli adət-ənələrimizi yaşada bilməyimizdir. Bizi avropalılaşdırmağa çalışırlar. Bu, yalnız milli dəyərlərimizi qorumaq şərtilə mümkün ola bilər”.