Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.
VAZ-2106 markalı avtomobil Həsənalı kənd sakini, 1949-cu il təvəllüdlü Mirzəyev Səftəri vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.