Bakıda iki nəfərin güllələndiyi yerdən görüntülər - YENİLƏNİB + VİDEO

Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.
Mozalan.az-ın əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub.
Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür.
Mozalan.az-ın əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub.
14:45
Bakıda silahlı insident olub.
Mozalan.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
İnsident zamanı silahlı şəxs(lər) iki nəfəri güllələdiyi iddia edilir.
DİN Mətbuat Xidmətindən Mozalan.az-a bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Araşdırma aparılır.
Könül Cəfərli