Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:
Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
“20 Yanvar” dairəsində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8 Noyabr prospekti, “Nargilə” dairəsi kəsişmədən mərkəz istiqamətində;
Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.