“Sovetski”də od çərşənbəsi qeyd edilir - FOTOREPORTAJ
Paytaxtın Nəriman Nərimanov prospektində (“Sovetski”) od çərşənbəsi qeyd edilir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
PhotoStock.az-ın sözügedən ərazidən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: PhotoStock.az