Türkiyədə zəlzələ bölgəsində təhsil alan tələbələr köçürülürlər?
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlıların köçürülməsi məsələsi barədə açıqlama verib.
Mozalan.az-ın məlumatına görə, nazir keçirdiyi brifinqdə bildirib ki, tələbə Azərbaycanda oxumaq üçün şərtləri ödəmirsə, bu, mümkün deyil:
“Yalnız attestatla oxuyursa, onu burada qəbul edə bilmərik. Elə vətəndaşımız var ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda 20 bal toplayıb, attestatı var. Onda gərək onu da qəbul edək”.
İlhamə Əbülfət