Emin Əmrullayev: “Mənim imzamla saxtalaşdırılan şahadətnamələrə ehtiyac qalmayacaq”
“Xaricdə təhsil alan şəxslərin diplomlarının ölkəmizdə tanınması üçün yeni qaydalar qüvvəyə minib”.
Mozalan.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bir sıra vacib dəyişikliklər var:
“Əvvəl yalnız bakalavr və magistr diplomunu tanıyırdıqsa, indi isə xaricdə əldə olunmuş tam orta və orta ixtisas təhsili almış kvalifikasiyalarını tanıyacağıq”.
Nazir əlavə edib ki, artıq müsahibə mərhələsi ləğv edilir:
“Əvvəllər nazirlik tərəfindən MDB ölkələrində təhsil alan şəxslərin bilik səviyyəsinin qiymətləndiriliməsi mərhələsi var idi və artıq bu yoxdur. Bunun əvəzində hüquqşünas, müəllim, mühəndis ixtisaslarını bitirənlər Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər.
Digər ixtisasları bitirənlərə və təhsil alan zaman həmin ölkədə olanlara elektron qaydada diplom veriləcək”.
“Şəhadətnamələrə o cümlədən, mənim imzamla da saxtalaşdırılan şahadətnamələrə ehtiyac qalmayacaq. Fikrimcə, bu sahədə saxtakarlıq imkanı olmayacaq”, - deyə nazir əlavə edib.
E.Əmrullayev vurğulayıb ki, rus, ingilis, türk dillərində təqdim edilən sənədlərin notariatda tərcüməsinə ehtiyac qalmır.
İlhamə Əbülfət