Fevralın son gününün hava proqnozu AÇIQLANDI
Azərbaycan ərazisində fevralın 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında, hava şəraiti, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.