Bayram Səfərov: “Şuşa İcra Hakimiyyəti hazırda fəaliyyətini Bakıda davam etdirir”
Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti ilə bağlı suallara münasibət bildirib.
Mozalan.az-ın məlumatına görə, icra hakimiyyəti hazırda fəaliyyətini Bakıda davam etdirir:
“Bildiyiniz kimi, Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıblar. Hazırda da icra hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişiksə, yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər”.
“İstədiyim vaxt Şuşaya gedirəm. Sonuncu dəfə üç ay əvvəl Şuşada olmuşam”, - deyə o əlavə edib.
İlhamə Əbülfət