Bakıda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
Nargilə dairəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1967-ci il təvəllüdlü Hacıyev Camal Hacıbala oğlunu minik avtomobili vurub. Yaralı qapalı kəllə-beyin travması və sağ ayağın sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.