Feb 25

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum şəxslərin qanunsuz olaraq daxil olduqları, ev sahibini ölümlə hədələyərək 250 manat nağd pul, bir ədəd qızıl üzük və bir ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etmələri barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıblar.

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayon sakininə məxsus evdən 39 000 manat nağd pul, eləcə də paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları da oğurladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.034713983535767