Feb 24

Sürücülük vəsiqəsi olmayanlar qəza törətdilər: Ölən var - VİDEO

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Mozalan.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Şəhərin Heydər Əliyev prospektində “Lada Priora” və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Hər iki şəxsin sürücülük vəsiqəsi olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

İlhamə Əbülfət

Bənzər xəbərlər

Gündəm

0.022756099700928