Türkiyədə axtarış-xilasetmə əməliyyatlarının tamamlandığı bölgələr açıqlandı
Kahramanmaraş və Hatay istisna olmaqla, zəlzələdən zərər çəkmiş bütün bölgələrdə axtarış-xilasetmə işləri yekunlaşıb.
Bunu Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəhbəri Yunus Sezər deyib.
O əlavə edib ki, xilasedicilər dağıntılar altında sağ qalanları tapmaq ümidi ilə hər gün işlərini davam etdirirlər.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində iki güclü zəlzələ baş verib.
Son məlumatlara görə, Türkiyədə zəlzələlər nəticəsində 40 689 nəfər ölüb, 108 068 nəfər xəsarət alıb.
Mənbə: Anadolu