“Roberto Cavalli”dən üzük, “Nino” saatı, “Luis Vuitton” qolbağı: Gözətçi iş adamının evini soydu
Abşeron rayonu, Fatmayı kəndi, Aşıq Humay küçəsində villaların birindən 20 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Cavid adlı Ağsu rayon sakini gözətçi işlədiyi Vasif adlı iş adamının villasından oğurluq edib. Cinayətin üstü iş adamının həyat yoldaşı Səbinənin Türkiyədə müalicə alıb Bakıya qayıtmasından sonra açılıb.
Belə ki, Səbinə Türkiyəyə müalicəyə gedib. Vasif havalar soyuq olduğu üçün qaynı ilə birlikdə şəhərdəki evində yaşayıb. Cavid evdən qızıl-zinət əşyalarını oğurlayıb satmaqla borclarını ödəmək qərarına gəlib.
O, evin ikinci mərtəbəsində yerləşən dolabdan brilyant qaşları olan 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, üzərində brilyant qaşları olan 1500 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, 4000 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd qolbaq, bir cüt sırğa, bir ədəd klondan ibarət dəst, 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd 1500 manat dəyərində üzərində brilyant qaşları olan “Nino” markalı qadın qızıl saatı, bir ədəd 1500 manat dəyərində üzərində 3 ədəd böyük və çoxsaylı səpmə brilyant qaşları olan qızıl qadın üzüyü, bir ədəd 1000 manat dəyərində üzərində brilyant qaşları olan qızıl kişi üzüyü, bir ədəd 1500 manat dəyərində qızıl qolbaq, bir ədəd 100 manat dəyərində ürək şəklində qızıl klon, 600 manat dəyərində kəpənək şəklində bir cüt qızıl sırğa və bir ədəd klondan ibarət dəst, bir ədəd 500 manat dəyərində çanta şəklində qızıl klon, 200 manat dəyərində üzərində brilyant qaşları olan uşaq üçün bir cüt qızıl sırğa, 400 manat dəyərində “Roberto Cavalli” markalı uşaq üçün bir ədəd qızıl üzük və bir ədəd klondan ibarət dəst, 400 manat dəyərində manat dəyərində iki ədəd qızıl qolbaq, 300 manat dəyərində uşaq üçün bir ədəd şəklində qızıl üzük, 1000 manat dəyərində qara rəngli kəpənək şəklində bir ədəd qızıl sırğadan ibarət dəst, bir ədəd 200 manat dəyərində üzərində açar klon olan qızıl boyunbağı, 300 manat dəyərində üzərində qadın şəkli olan qızıl klon, 400 manat dəyərində “Luis Vuitton” markalı bir ədəd qızıl qolbaq və bir cüt sırğadan ibarət dəst qızılları oğurlayıb.
Həmin şəxs ev sahibinə ümumilikdə 20 min manatdan çox ziyan vurub.
Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinən Cavidə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası kəsilib.