AZAL Parisə uçuşları bərpa edir
Bu yaz “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.
Bu barədə Mozalan.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Cədvəldə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.