Feb 16

“Türkiyə, tək ürək” yardım kampaniyasının ortaq yayımı başa çatdı: 115 milyard toplandı - YENİLƏNİB + VİDEO

“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan televiziyaları, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım başa çatıb.

Mozalan.az xəbər verir ki, kampaniya çərçivəsində ümumilikdə 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb. Vətəndaşlar tərəfindən 9 milyon 10 min SMS göndərilib.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

21:34

Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.

Yayımı “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində təşkil edilib.

Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Bənzər xəbərlər

Gündəm

0.035517930984497