Feb 14

Binəqədidə açıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

17:42

Fövqəladə Hallar Nazirliyi Bakıda başlayan yanğınla bağlı açıqlama yayıb.

Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır.

Hazırda yanğınsöndürmə işləri davam edir.

17:30

Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Mozalan.az xəbər verir ki, yanğın 350 kvadratmetrlik ərazidə baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunublar.

Bənzər xəbərlər

Gündəm

0.023128986358643