Feb 03

Altı yaşlı uşaq 900 dollarlıq yemək sifariş etdi

Altı yaşlı uşaq atasının telefonundan yemək sifariş etmək üçün 900 dollar xərcləyib.

Məlumata görə, ABŞ-nin Miçiqan ştatından olan balaca Meyson valideynləri işlə məşğul olarkən atasının telefonunu götürüb. Oğlunun onlayn oyun oynadığını düşünən kişi azyaşlının əyləncəsinə mane olmayıb. Lakin sonradan bütün ailə peşman olub.

Məlum olub ki, oğlan yeməklərin çatdırılması proqramına daxil olub və səbətə 900 dollarlıq məhsul əlavə edib.

Ata xatırlayır: “Bir maşının dayandığını gördüm, qapının zəngini çaldı və sürücü böyük bir çantanı qapıya atdı. Bir neçə dəqiqədən sonra başqa bir kuryer ərzaq məhsulları ilə gəldi, onun ardınca başqa bir kuryer gəldi. Telefonuma baxdım ki, yemək hazırlanır, yemək çatdırılır. Dərhal bank hesabımı yoxladım və onun boş olduğunu gördüm”, – amerikalı bildirib.

Nə baş verdiyini anlayan kişi oğlu ilə danışıb və ona nə etdiyini izah edib. Atasının dediyinə görə, Meyson yaşına görə nə etdiyini tam başa düşməyib. Valideyn üçün xoşbəxtlikdən mobil tətbiq bank əməliyyatlardan birini fırıldaq kimi qeyd edib və 400 dollarlıq digər sifariş rədd edilib.

Ailənin hekayəsi yayıldıqdan sonra çatdırılma proqramı ataya pulunu qaytarmaq üçün 1000 dollarlıq promo kodu verib.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

1.1763391494751