Dec 07

İran XİN rəhbəri Bakıya gəlib - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb.

Mozalan.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfir Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar.

***

İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycana yola düşüb.

Mozalan.az xəbər verir ki, naziri nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.

Bənzər xəbərlər

Gündəm

0.021014928817749